“Xaliq Faiqoğlu” şirkəti mövcud epidemioloji vəziyyət və “Covid-19” virusunun yayılma riski ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir.
Şirkət insanların sıx olduğu yerlərdə virusun yayıla biləcəyini nəzərə alaraq istismarında olan marşrut xətləri üzrə kifayət qədər avtobusun işlədilməsini təmin edir.
Belə ki, “Xaliq Faiqoğlu” şirkəti tərəfindən yaradılmış operativ qrup nəqliyyat vasitələrinin mütəmadi olaraq dezinfeksiyasını, avtobuslarda sərnişinlərin əllərini silməsi üçün spirt dispenserlərinin dolu olmasını xüsusi nəzarətdə saxlayır. Həmçinin sürücülərin gün ərzində 2 dəfə tibbi yoxlanışdan keçməsi, onların səhhətinin diqqətdə saxlanılması təmin edilir.
Bundan başqa sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün spirt tədarükü görülüb və avtobuslarda quraşdırılmış xüsusi qablara keyfiyyətli məhlulun yerləşdirilməsinə diqqət göstərilir.
Əks-epidemik tədbirlərə diqqət göstərilir
27.03.2020Oxşar Xəbərlər
- 30.09.2019
Sərnişin və sürücülər arasında sorğu keçirilib
- 02.04.2020
Bir çox sərnişinlər ictimai nəqliyyat vasitələrinə ziyan vurur
- 02.09.2019
“Xaliq Faiqoğlu” şirkətinin saytının yenilənməsi layihəsi uğurla başa çatıb
- 13.07.2020
“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri: “BNA-nın ictimai nəqliyyatdakı xidmətləri danılmazdır”