Gediş kartları

Xaliq Faiqoğlu şirkəti tərəfindən sərnişindaşıma xidmətində vahid kart xidməti (BakıKart) tətbiq olunur. “BakıKart” SİSTEMİ beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən elektron ödəniş sistemidir.


“BakıKart”-ın alınması və istifadə qaydası çox rahatdır. Kartları metro stansiyalarındakı “BakıKart” terminallarından və sizə ən yaxın “BakıKart” terminallarından əldə edə bilərsiz. “BakıKart” terminalları yalnız nağd ödəniş qəbul edir.

  • “BakıKart” - plastik kartın qiyməti 2 manatdır. Tarif Şurasının şəhərdaxili, və şəhərətrafı sərnişin daşınması ilə bağlı müəyyən etdiyi tariflərə əsasən avtobuslarda gedişhaqqı 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 30 qəpik, 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) 40 qəpik təşkil edir.
  • Sərnişinlər "Bakıkart" plastik kartının balansını MilliÖN ödəmə terminallarında və "Bakıkart" aparatlarında artıra bilərlər. Bu kartları istənilən vaxt geri qaytararaq ödənilmiş 2 manatlıq baza hissəsini geri almaq olar.

Gediş haqqının ödənilməsi

1. Avtobusa ön qapidan minib
ödəniş aparatına yaxınlaşın


2. Kartı nəzərdə tutulan
yerə yaxınlaşdırın


3. Ekranda ödənilən məbləğ
göstərilənə qədər gözləyin