-6 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək;
-Uşaq arabacıqlarına, aparılmasına icazə verilən ölçülərdə və çexolda olmaq şərti ilə xizəklərə, kirşələrə, uşaq velosipedlərinə, balıqçı tilovlarına, musiqi alətlərinə, kiçik bağ avadanlıqlarına görə gediş haqqı ödəmədən aparmaq;
-Aparılmasına icazə verilən ölçülərdə və çıxmaları istisna olunan xüsusi konteynerdə və qəfəsdə olmaq şərti ilə kiçik ev heyvanlarını və quşlarını gediş haqqı ödəmədən aparmaq;
-Məktəbəqədər yaşlı uşaqla olan sərnişinlər, hamilə qadınlar, əlillər və ahıllar üçün nəzərdə tutulmuş xüsusi yerləri digər sərnişinlərdən boşaltmağı tələb etmək.