Şirkət rəhbərinin müraciəti

Ölkəmizin tərəqqisi, iqtisadiyyatımızın daha da güclənməsi və xalqımızın rifahının yüksəldilməsində “Xaliq Faiqoğlu” şirkəti olaraq yaxından iştirak etmək və bu inkişafa öz töhfələrimizi vermək bizim üçün qürurverici hissdir.

Azərbaycan iqtisadiyyatının 2004-cü ildə yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dönəmdə “Xaliq Faiqoğlu” adıyla fəaliyyətə başlayan şirkət siyasi-iqtisadi sabitlik fonunda dövlətimizin sahibkarlığa göstərdiyi dəstəkdən ruhlanaraq daha da inkişaf etmiş və fəaliyyət sahələrini genişləndirməyə başlamışdır.

Ölkəmiz posneft dönəminə keçidlə əlaqədar qeyri-neft sektorunun inkişafında yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə yeni layihələr həyata keçirən “Xaliq Faiqoğlu” şirkəti yüzlərlə yeni iş yerləri açmışdır. Fəxrlə qeyd etmək istərdim ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətimiz milyonlarla insana xidmət göstərmək kimi ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gəlir.

Milli-mənəvi dəyərlərimizə hörmət, biznes prinsiplərinə sadiqlik, müştərilərimiz və tərəfdaşlarımızla etibarlı, davamlı biznes əlaqələrinin şəffaf şəkildə, güvənli olaraq inkişaf etdirilməsi ən böyük dəyərimizdir.

BİZİM TƏMİNATIMIZ DÖVLƏTİMİZ VƏ ONUN DƏSTƏYİDİR! 

FAİQ SEYİDOV “Xaliq Faiqoğlu” şirkətinin təsisçisi və idarə heyətinin sədri