Şirkət Haqqında

“Xaliq Faiqoğlu” şirkəti “SAFA Holding” şirkətlər qrupuna daxil olan sərnişindaşıma şirkətidir.


2002

Fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda “Qazel” markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərilməsinə başlanmışdır;

2004

"Xaliq Faiqoğlu" MMC təsis edilmiş və yeni inkişaf mərhələsinə qədəm qoyulmuşdur;

2004 - 2005

50 ədəd kiçiktutumlu “Mercedes Benz” markalı mikroavtobuslar 18 və 65 saylı marşrut xəttləri üzrə istismara verilmişdir;

2006 - 2007

25 ədəd “İveco Eurociti” markalı avtobus 65 saylı marşrutda istismara buraxılmış, əlavə olaraq 79 saylı marşrut xətti istifadəyə verilmişdir;

2007-2008

50 ədəd Türkiyə istehsalı olan “İsuzu Urban” markalı avtobus şirkət tərəfindən istismara buraxılmışdır;

2008-2013

Koreya istehsalı olan "Daewoo BS 090" markalı 193 ədəd avtobus alınmış və şirkətin istismarında olan marşrut xətlərinin sayı 12-dək artırılmışdır;

2015

I Avropa oyunları ərəfəsində Bakı şəhərinə 50 ədəd AVRO 5 standartlarına cavab verən yeni “İsuzu Citibus” markalı avtobus gətirilərək əhalinin istifadəsinə verilmişdir;

2016-2018

40 ədəd Avro 5 standartlarına cavab verən 3 qapılı (12 metrlik) “İsuzu Citiport” və “BMC Procity” markalı avtobuslar Bakıya gətirilərək sərnişinlərin xidmətinə verilmişdir;

2019

Sınaq məqsədi ilə CNG yanacağı ilə çalışan və AVR0-6 standartlarına cavab verən "İsuzu Citiport CNG" markalı avtobus paytaxtımıza gətirilərək sərnişinlərimizin xidmətinə verilmişdir.