İnkişaf yolu
“Xaliq Faiqoğlu” şirkəti SAFA Holding şirkətlər qrupuna daxil olan sərnişindaşma şirkətidir. Şirkət 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda “Qazel” markalı mikroavtobusla 65 saylı xətt üzrəxidmət göstərməyə başlamışdır. Geridə qalan illərdə keyfiyyətli xidmət prinsipini əsas götürən şirkət hazırda istismarında olan 14 marşrut xətti üzrə Bakı şəhəri və Abşeron rayonu ərazisində sərnişinlərə xidmət göstərir. 2 kiçiktutumlu avtobusla bu yola qədəm qoyan "Xaliq Faiqoğlu"nun balansında hazırda 300-ə yaxın nəqliyyat vasitəsi mövcuddur.