Sürücünün hüquqları

-6 yaşından böyük sərnişinlərdən gediş haqqının ödənilməsini tələb etmək;

-Aparılmasına icazə verilən ölçülərdən böyük və çexolda olmayan xizəklərə, kirşələrə, uşaq velosipedlərinə, balıqçı tilovlarına, musiqi alətlərinə, kiçik bağ avadanlıqlarının daşınmasına icazə verməmək;

-Aparılmasına icazə verilən ölçülərdən böyük olan və açıq şəraitdə daşınan heyvanların və quşların daşınmasına icazə verməmək;

-Məktəbəqədər yaşlı uşaqla olan sərnişinlər, hamilə qadınlar, əlillər və ahıllar üçün nəzərdə tutulmuş xüsusi yerləri digər sərnişinlərdən boşaltmağı tələb etmək.