18 saylı marşrut avtobusu neçə dəqiqə intervalla işləyir?
"Xaliq Faiqoğlu" şirkətinin istismarında olan 18 saylı marşrut xətti üzrə 30 avtobus pik saatlarında 3, digər saatlarda isə 4 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
Şirkətin neçə marşrut xətti kartla işləyir?
Hazırda "Xaliq Faiqoğlu" şirkətinin istismarında olan 9 marşrut xətti (18, 52, 61, 65, 79, 85, 96, 135 və 199) üzrə elektron ödəniş sistemi - BakıKart tətbiq edilir.
Avtobuslarınızda reklam yerləşdirmək istəyirik. Bununla bağlı kimə müraciət etməliyik?
"Xaliq Faiqoğlu" şirkətinin avtobuslarında həm daxili (salon-monitor, tutacaq, banner və sair), həm də xarici (fasad-vinil) reklamların yerləşdirilməsi mümkündür. Bununla bağl "avtobusda reklam" bölməsinə daxil olaraq məhsulunuz barədə müraciət edə bilərsiniz.