Sərnişin və sürücülər arasında sorğu keçirilib

30.09.2019

Sentyabrın 25-28-də “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətinistismarında olan müntəzəm marşrut xətləri üzrə sərnişinlər arasında xidmətkeyfiyyətinin səviyyəsinin və sərnişin məmnuniyyətinin araşdırılması məqsədi ilənövbəti sorğu keçirilib.

Azərbaycan Texniki Universitetinin tələbələrindən ibarətkönüllülər dəstəsinin və şirkətin əməkdaşlarından ibarət qrupların iştiraketdiyi sorğuda BakıKart sisteminin tətbiq edildiyi marşrut xətlərinin sərnişinlərivə sürücüləri sualları cavablandırıb. Xidmət keyfiyyətinin artırılması vəmaarifləndirmə işinin təşkili baxımından əhəmiyyətli olan layihə çərçivəsində 2min nəfərədək sərnişinin və 450 sürücünün fikirləri dinlənilib.

Bakının müxtəlif ərazilərində sərnişin axınının güclü olduğuməntəqələrində həyata keçirilən sorğu zamanı irad, şikayət ə təkliflər qeydedilib, həmçinin müntəzəm marşrut xətlərindən istifadə edən sərnişinlərin, eləcədə avtobus sürücülərinin maariflənməsi üçün onlarla söhbətlər aparılıb. Aşkar edilən çatışmazlıq vənöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı şirkət tərəfindən işlərgörülür.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti xidmət keyfiyyətininsəviyyəsinin və sərnişin məmnuniyyətinin müəyyənləşdirilməsi məqsədi ilə hər il2 dəfə olmaqla sorğular keçirir.