“Xaliq Faiqoğlu” şirkəti tərəfindən qış mövsümünün gəlişi ilə əlaqədar kompleks tədbirlər planının icrasına başlanmışdır. Bununla əlaqədar sürücülər də daxil olmaqla, bütün işçi heyəti yeni qış geyim dəstləri ilə təmin edilmişdir.
Həmçinin, əvvəlcədən müəyyən edilmiş proqram əsasında avtobusların istilik sistemləri yoxlanılmış və nəqliyyat vasitələri texniki cəhətdən qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.
Sərnişinlərə hər zaman təhlükəsiz və komfortlu xidmət göstərməyi əsas hədəf olaraq müəyyənləşdirmiş şirkət qarşıdan gələn qış mövsümünə tamamilə hazırdır.
Oxşar Xəbərlər
- 26.07.2019
“SOCAR Petroleum” ilə “Xaliq Faiqoğlu” əməkdaşlıq müqaviləsi imzalayıb
- 31.08.2016
"Xaliq Faiqoğlu" şirkəti avtobuslarda kart sisteminin tətbiqinə başlayıb
- 09.05.2018
“Xaliq Faiqoğlu” şirkətində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
- 08.03.2020
“Xaliq Faiqoğlu” şirkəti 8 Mart münasibəti ilə xanım sərnişinləri təbrik edib