“Xaliq Faiqoğlu” şirkəti istismarında olan müntəzəm marşrut xətləri üzrə xidmət göstərən avtobusların dezinfeksiyasını davam etdirir.
Son günlərdə dünyada yayılmış kəskin respirator virusla əlaqədar qabaqlayıcı tədbirlərə diqqət daha da artırılıb və son 3 gün ərzində şirkət tərəfindən 150 avtobusun növbəti dəfə dezinfeksiyası həyata keçirilib. Beləliklə həftə ərzində şirkət tərəfindən ümumilikdə 250 avtobusun dezinfeksiyası təmin edilib.
Belə ki, qeyri-iş günləri ərzində ixtisaslaşmış şirkət tərəfindən xüsusi məhlullardan istifadə olunmaqla nəqliyyat vasitələri qaraj şəraitində dezinfeksiya olunub.
Qeyd edək ki, şirkət tərəfindən mobil qruplar da yaradılıb. Qrup üzvləri kəskin respirator virus təhlükəsinin mövcud olduğu müddət ərzində günün müxtəlif saatlarında sonuncu dayanacaqlarda avtobusların əl tutacaqlarını, oturacaqların təmas hissələrini, avtobusun salon turbalarını və sair hissələrini insan sağlamlığına ziyanlı olmayan dezinfeksiya vasitələri ilə silirlər.