“Xaliq Faiqoğlu” şirkəti ilk CNG avtobusunu gətirdi

08.06.2019

Şirkətin 10 ildən çoxdur əməkdaşlıq etdiyi “Anadolu İsuzu” şirkəti tərəfindən istehsal edilmiş və sıxılmış təbii qazla (CNG) işləyən test avtobusu artıq paytaxtımıza gətirilib.

AVRO-6 standartlarına cavab verən “İsuzu Citiport CNG” markalı bu avtobus 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində nümayiş etdiriləcək. Beynəlxalq sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.

Nəzərinizə çatdıraq ki, “Xaliq Faiqoğlu” şirkəti ekoloji standartların qorunmasına, AVRO standartların tətbiqinə böyük əhəmiyyət verir və inkişaf strategiyasını bu prinsip əsasında formalaşdırır. Şirkət son illərdə avtobus parkını əhəmiyyətli dərəcədə yeniləyib və sərnişinlərə AVRO-5 standartlarına cavab verən müasir nəqliyyat vasitələri ilə xidmət göstərilir. Şirkət 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini paytaxtımıza gətirməyi planlaşdırır.