“Xaliq Faiqoğlu” şirkəti rebrendinq edib

05.04.2021
Bakı şəhərində sərnişindaşıma xidmətinin keyfiyyəti ilə daim öndə olan “Xaliq Faiqoğlu” şirkəti rebrendinq edib.
Şirkət inkişaf, keyfiyyət və dinamizm ənənəsinə sadiq qalaraq çətin keçməkdə olan pandemiya dövründə loqo və brendini yeniləmək qərarına gəlib. Bundan sonra şirkətə məxsus avtobuslar “Faiqoğlu” brendi ilə tanınacaq və hər gün onminlərlə sərnişinə bu adla xidmət göstərəcək.
Bu gündən etibarən şirkətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin üzərindəki loqolar yenilənib. Tədricən sürücü - dispetçer heyətinin geyim formaları üzərindəki loqolar da yenilənəcək.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində bir sıra ilkləri realaşdırmış, avtobus parkını və istehsalat bazasını böyük ölçüdə yeniləmiş, işində təhlükəsizlik və komforta xüsusi önəm verən daşıyıcı şirkətdir. 20 ilə yaxındır Bakı şəhəri və ətraf ərazilərdə xidmət göstərən “Xaliq Faiqoğlu”nun fəaliyyəti və xidmətləri daim yüksək qiymətləndirilmiş və təqdir qazanmışdır. Şirkət uğurlu fəaliyyətini "Faiqoğlu" adı altında davam etdirmək əzmindədir.