“Xaliq Faiqoğlu” şirkəti qanvermə aksiyasına qoşulub

10.06.2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, HeydərƏliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19)pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdətalassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçünqan ehtiyatının yaradılmasına dəstək çağırışına “Xaliq Faiqoğlu” şirkəti dəqoşulub.

Bu məqsədlə şirkətin təşkilatçılığı ilə iyunun 10-da MərkəziQan Bankında qanvermə aksiyası təşkil olunub. Mərkəzi Qan Bankının həkim-hemotoloqlarıtərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra onlardan qan analizigötürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Bundan sonra xüsusikarantin rejiminin tələblərinə və sosial məsuliyyət qaydalarına əməl edilməkləşirkətin rəhbər və sürücü heyəti qan veriblər.

Qeyd edək ki, Mərkəzi Qan Bankının peşəkar həkimkollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi RespublikaTalassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyacduyan uşaqlara, eləcə də həyati əhəmiyyətli ehtiyac duyan digər kateqoriyalıinsanlara pandemiya dövründə dəstək olmaqdır.

“Xaliq Faiqoğlu” şirkəti bundan sonrakı dövrdə də könüllülükvə sosial məsuliyyət prinsiplərinə əsaslanaraq bu tip aksiyaları davam etdirəcəkdir.