"Xaliq Faiqoğlu" şirkəti sosial aksiya keçirib

17.03.2020

“Xaliq Faiqoğlu” şirkəti sərnişinlərin respirator viruslara qarşı maarifləndirilməsinin təşkil edilməsi məqsədilə müxtəlif aksiyalar həyata keçirir.

Bu məqsədlə son olaraq ictimai nəqliyyatda, bir çox xarici ölkələrdə olduğu kimi sərnişinlər qarşısında şirkət əməkdaşlarının maarifləndirici çıxışları təşkil edilib. Şirkətin istismarında olan marşrut xətləri üzrə günün müxtəlif saatlarında keçirilən aksiya zamanı vətəndaşların kəskin respirator viruslardan qorunmaq və digər insanlara yoluxdurmaması ilə bağlı vacib tövsiyyələr çatdırılıb.

Aksiya zamanı sərnişinlərə maarifləndirici bukletlər də təqdim edilib.