Respirator viruslara qarşı qabaqlayıcı tədbirlər davam etdirilir

03.03.2020
"Xaliq Faiqoğlu" şirkəti tərəfindən respirator viruslara qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

Şirkət tərəfindən ixtisaslaşmış mütəxəssislərdən ibarət mobil qruplar yaradılıb. Həmin şəxslər kəskin respirator virus təhlükəsinin mövcud olduğu müddət ərzində günün müxtəlif saatlarında avtobuslara daxil olaraq əl tutacaqlarını, oturacaqların təmas hissələrini, avtobusun salon turbalarını və sair hissələrini insan sağlamlığına ziyanlı olmayan dezinfeksiya vasitələri ilə siləcəklər.