30 Oktyabr – 1 noyabr tarixində “Xaliq Faiqoğlu” şirkətinin təşkilatçılığı ilə Bakıda avtobus istehsalçısı olan “Anadolu İsuzu” şirkətinin təlimçilərinin iştirakı ilə sürücülər üçün ixtisasartırma təlimi keçirilib.
İxtisaslaşmış təlimçilər Yener Gulunay və Ali Başağanın apardığı təlimlərdə, “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan marşrut xətləri üzrə sürücülər iştirak edib.
Yasamal Təmir Mərkəzində keçirilən təlimin nəzəri hissəsi başa çatdıqdan sonra sürücülərə ərazidə təcrübi biliklər aşılanıb.
Təlimin əsas məqsədi sürücülərin nəqliyyat vasitələrini gərgin rejimdə idarəetmə bacarıqlarının və texniki biliklərinin artırılması olub.
“Xaliq Faiqoğlu” şirkətində xarici mütəxəssislərin iştirakı ilə ixtisasartırma təlimi keçirilib
02.11.2019Oxşar Xəbərlər
- 12.06.2021
“Xaliq Faiqoğlu” şirkəti nəqliyyat planında yaxından iştirak edir
- 23.04.2021
119 saylı marşrut xətti (Memar Əcəmi mts. – Xırdalan şəhəri) BakıKART sisteminə qoşuldu
- 26.07.2019
Texniki Universitetin tələbələri “Xaliq Faiqoğlu” şirkətində təcrübə keçəcək
- 02.11.2019
Qış mövsümünə hazırlıq proqramı icra olunur