Avtobuslarda havasərinlədici sistemlərin qoşulmasına başlanmışdır

31.05.2021
Yay mövsümünün başlaması ilə əlaqədar 31 may 2021-ci il tarixindən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan və AVRO-5/AVRO-6 standartlarına cavab verən müasir avtobuslarda havasərinlədici sistemlərin qoşulmasına başlanmışdır.
Sərnişinlərimizin rahatlığının təmin edilməsi məqsədilə gün ərzində havanın temperaturunun müəyyən edilmiş səviyyəyə çatması ilə avtobuslarda kondisionerlər işlək vəziyyətdə olacaqdır.
Bildirmək istəyirik ki, “Xaliq Faiqoğlu” şirkəti fəaliyyətində sərnişindaşıma keyfiyyətinin artırılmasını, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsini əsas götürür və bu istiqamətdə müxtəlif layihələr icra edir.